Modern.az

Araz Elsəs evlənib (FOTO)

Araz Elsəs evlənib (FOTO)

Təhsil

13 Sentyabr 2011, 17:10


Tanınmış azərbaycanlı ozan Araz Elsəs ailə həyatı qurub. Modern.az xəbər verir ki, “Media forum”un məlumatına görə, toy sentyabrın 10-u Türkiyənin İstanbul şəhərində olub. “Green Park” sarayında keçirilən toy mərasiminə Avropada yaşayan azərbaycanlı mühacirlər, Azərbaycan Respublikasından qonaqlar qatılıb.

Araz Elsəs əslən Urmiyadan olan, İsveçdə yaşayan Xədicə xanımla evlənib.

1971-ci ildə Güney Azərbaycanda anadan olan Araz Elsəs ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında yaşayıb. 1997-ci ildə Norveçə, 2000-ci ildə isə İsveçə köçüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı