Modern.az

Məleykə Abbaszadə prezident təqaüdünə layiq görülən abituriyentlərlə görüşüb

Məleykə Abbaszadə prezident təqaüdünə layiq görülən abituriyentlərlə görüşüb

Təhsil

13 Sentyabr 2011, 17:21

2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərən və namizədliyi TQDK tərəfindən prezident təqaüdünə təqdim edilən 102 gəncə Azərbaycan Respublikası Prezidentinin 01.09.2011-ci il tarixli sərəncamı ilə təqaüd təyin edilib.

Modern.az xəbər verir ki, sentyabrın 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) həmin gənclərlə görüş keçirilib.  
Tədbirdə TQDK sədri M.Abbaszadə, Komissiyanın əməkdaşları iştirak ediblər. Qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək prezident təqaüdünə layiq görülən gənclərə xatirə hədiyyələri təqdim olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb və qəbul imtahanlarının gedişi, test suallarının məzmunu və qəbul kampaniyasının digər sahələri üzrə onların fikirləri, rəy və təklifləri dinlənilib.

2011/2012-ci tədris ili üçün rspublikamızın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 110105 abituriyent iştirak edib. Onlardan 1540 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edir.

Ənənəvi olaraq bu il də 600-dən yuxarı bal toplayanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olunub və onlarla anket sorğuları keçirilib. Həmin gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün silsilə tədbirlər həyata keçirilir. “Abituriyent” jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım