15 sentyabr Qafqaz İslam Ordusunun Bakının işğaldan azad etməsinin 93-cü ildönümü ilə əlaqədar Türkiyə Respublikasının Bakıdakı Səfriliyi məlumat yayıb. Səfirliyin mətbuat müşavirliyindən Modern.az saytına verilən bilgiyə görə, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 93-cü ildönümünü münasibətilə Şəhidlər Xiyabanında türk şəhidlərinin məzarı ziyarət ediləcək.
Bundan sonra Səfirliyin Nuru Paşa Salonunda təşkil olunacaq tədbirdə Bakı Dövlət Universitetinin müəllimi, millət vəkili Musa Qasımlı çıxış edəcək və TRT-nin Bakı təmsilçiyi tərəfindən hazırlanan sənədli film nümayiş olunacaq.
Modern.az