Modern.az

Ac Somali uşaqları üçün Azərbaycanda bank hesabı açıldı

Ac Somali uşaqları üçün Azərbaycanda bank hesabı açıldı

14 Sentyabr 2011, 17:34

Aclıqdan  əziyyət  çəkən  Somali  uşaqlarına  yardım kampaniyası ilə bağlı Azərbaycanda sabiq deputatın təşəbbüsü ilə bank hesabı açılıb. Bu barədə Modern.az saytına sabiq deputat Nazim Məmmədov məlumat verib. Hesab aşağıdakı kimidir:

AZER TURK BANK  OJSC
SWIFT    AZRT  AZ 22
account number   3801 022474 0001  AZN
name of the client  NAZIM MEMMEDOV HUSEYN OGLU  (for  SOMALI)

Nazim Məmmədov onu da bildirib ki, özü ilkin olaraq bu hesaba 500 dollar köçürüb.

Qeyd edək ki, bu məsələ ilə bağlı Nazim Məmmədovun Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxüslam hacı Allahşükür Paşazadəyə müraciəti cavabsız qalıb. Sabi deputat Ramazan bayramında məscidlərdə toplanan fitə pullarının Somaliyə göndərilməsini istəmişdi.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım