Modern.az

Bakıda iki nəfərdən 100 min rubl saxta pul götürülüb

Bakıda iki nəfərdən 100 min rubl saxta pul götürülüb

15 Sentyabr 2011, 13:53

Daxili İşlər Nazirliyi "Sədərək" ticarət mərkəzində saxlanılan Rusiya Federasiyası vətəndaşlarından külli miqdarsa saxta pul müsadirə olunduğuna dair məlumat yayıb.

Modern.az nazirliyə istinadən bildirir ki, sentyabrın 14-də DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən "Sədərək" ticarət mərkəzində Bakı şəhər sakini Məhiyəddin Seyidova məxsus mağazada Rusiya Federasiyasının vətəndaşları Əminad Mirzayeva və Sultanad Salamova aldıqları malların müqabilində ödədikləri 100.000 rus rublu saxta olduğundan saxlanılıblar. Onlar araşdırmalar aparılması üçün Qaradağ RPİ-nin 10-cu PB-nə təhvil veriliblər. PB-də onların üstünə baxış zamanı 2 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım