122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova bu gün Gəncə şəhəri və Hacıkənd qəsəbəsində seçiciləri ilə görüş keçirib.
Birinci yarımillikdə görülən işlər barədə məlumat verən deputat seçiciləri narahat edən məsələlərlə maraqlanıb, onların suallarını cavablandırıbr. Daha sonra xankəndlilərin fikir və təklifləri dinlənilib.
Yeni dərs ilinin başlanması ilə əlaqədar xankəndli şagird və tələbələrlə görüşən deputat onlara öz tövsiyələrini verib.
Həmçinin deputat Prezidentin dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında sərəncamını da onların diqqətinə çatdıraraq ölkə rəhbərliyinin məcburi köçkün gənclərin təhsilinə olan diqqət və qayğısını xüsusi vurğulayıb.
Məlumatı Modern.az saytına 122 saylı Xankəndi seçki dairəsindən deputat köməkçisi Səbuhi Səmədov verib.
Modern.az