Modern.az

Qobustan qapalı həbsxanasında sıxlıq imiş...

Qobustan qapalı həbsxanasında sıxlıq imiş...

15 Sentyabr 2011, 15:26

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvü Zəlihə Tahirova, Azərbaycan İnsan Hüquqları müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov Qobustan həbsxanasında növbəti başçəkmə-monitorinq keçiriblər.
Başçəkmə çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən yaşayış korpuslarındakı məhkumların yaşadığı kameralara, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.

Eyni zamanda 24 nəfər  məhkumla onların istəklərinə uyğun olaraq  konfedisial söhbət aparılıb və hüquqi yardım göstərilib. Məhkumlarla söhbət zamanı bir sıra çatışmamazlıqlar və əvvəllər baş vermiş pis rəftar halları barədə məlumat verilib.

Komitə üzvəri ilə söhbət zamanı bəzi məhkumlar pis rəftarla və bir sıra neqativ hallarla bağlı şikayətlərini çatdırıblar.

Monitorinq zamanı sovet hakimiyyəti illərində tikilmiş digər CCM-lərdə olduğu kimi Qobustan həbsxanasında da sıxlıq problemi müşahidə edilibb. Cəzaçəkmə müəssisəsində zabit heyəti sırasında çoxsaylı vakansiyaların mövcud olması da problemlərdən biri kimi qeyd edilə bilər.            
«Qeyd etmək lazımdır ki, ötən başçəkmədən sonrakı müddətdə müəssisədə təmir abadlıq işləri görülüb. Eyni zamanda yeni mətbəx və səhiyyə hissəsində yeni avadanlıqları quraşdırılıb. Məhkumların həbsxana rəhbərliyindən şikayətləri azalıb, məhkumlar və personal arasında münasibətlərdə yaxşılaşma hiss olunur»-deyə İctimai Komitədən Modern.az-a bildirilib.

Komitə üzvləri tərəfindən müəssisənin kitabxana fonduna pis rəftar və korrupsiya qarşı mübarizəyə dair kitablar verilib.

Başçəkmə-monitorinqin nəticələri barədə rəy hazırlanaraq Ədliyyə Nazirliyinə  təqdim edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım