Zərdabın deputatı Jalə Əliyevabu bu gün rayonun Ağabağı kəndində yeni tikilmiş 4 illik məktəbin açılışında iştirak edib.
Deputat çıxışı zamanı deyib ki, uşaqlar ilk gündən Vətən, torpaq sevgisi ilə böyüdülməlidir. Valideynlər isə bu məsələni yalnız məktəbdən gözləməməlidirlər.
“Tarixdə o xalqlar həmişə qalib olublar ki, öz mədəniyyətinə, dilinə, dininə, mənəviyyatına bağlı olublar. Belə olan halda bütün problemlərimizi aradan qaldıra bilərik. Hər kəs əsl Vətəndaş mövqeyində olmalıdır”
Deputatın qərargahından Modern.az-a bildirilib ki, bu məktəb ötən il Kür daşqınları zamanı tamamilə dağılmışdı.
Eyni zamanda rayonda iki kənddə- Pərvanlı və Vəlağacıda on bir illik məktəblərin təməli qoyulub.
Rayonun kanalizasiya sistemi qurulur və 2013-cü ilə qədər başa çatacaq.
Rayonun yolları da abadlaşdırılır. Sonra deputat seçicilərlə görüşə başlayıb.
Modern.az