Modern.az

Allahşükür Paşazadə «Küfrün təzahürləri"nə qatılacaq

Allahşükür Paşazadə «Küfrün təzahürləri"nə qatılacaq

16 Sentyabr 2011, 15:05

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 19 sentyabr 2011-ci il tarixdə Səudiyyə Ərəbistanına yola düşür. Səfərdən məqsəd Mədinə şəhərində 20 sentyabr tarixində keçiriləcək «Küfrün təzahürləri (səbəbləri, nəticələri, həlli yolları)» mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib.
Məlumata görə, iki Müqəddəs Məscidin xadimi Kral Abdulla bin Əbdüləziz Al-Səudun himayəsi ilə Əmir Nayif bin Əbdüləziz Al-Səud adına Peyğəmbər sünnələri və müasir İslam tədqiqatları üzrə Beynəlxalq Mükafat Fondunun təşkilatçılığı ilə baş tutan bu mötəbər konfransa Şeyxülislam A.Paşazadə fəxri qonaq kimi dəvət olunub.

QMİ sədrinin tədbirdə çıxış edəcəyi nəzərdə tutulur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...