Modern.az

TQDK hakim olmaq istəyən 414 nəfər üçün test imtahanı keçirəcək

TQDK hakim olmaq istəyən 414 nəfər üçün test imtahanı keçirəcək

16 Sentyabr 2011, 18:18

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Məhkəmə-Hüquq Şurası ilə birlikdə sentyabrın 18-də Bakı İdman Sarayında vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün test imtahanı keçirəcək.

Sənədlərin qəbulu Hakimlərin Seçki Komitəsi tərəfindən aparılıb və 414 nəfərin namizədliyi qeydə alınıb.
TQDK bəyan edib ki, suallarının seçilməsi, test kitabçalarının çoxaldılması, cavabların yoxlanılması bilavasitə zalda, namizədlərin gözü qarşısında həyata keçiriləcək.

Test imtahanının keçirilməsi üçün Hakimlərin Seçki Komitəsi tərəfindən hüquq sahəsi üzrə test bankı tərtib olunub. 1000-dən artıq sualdan ibarət həmin test bankının elektron versiyası olan möhürlənmiş zərf Hakimlərin Seçki Komitəsi tərəfindən müşahidəçilərin iştirakı ilə imtahan zalında açılacaq və işçi qrupuna veriləcək. Suallar imtahan keçirilən auditoriyada namizədlərin iştirakı ilə aşkar surətdə diskdəki ümumi suallar toplusundan seçiləcək.

Variantlar yerindəcə namizədlərin və müşahidəçilərin gözü qarşısında qısa müddətdə sürətli surətçıxarma qurğuları vasitəsilə namizədlərin sayına uyğun olaraq kitabça şəklində çoxaldılacaq.

İmtahanın müddəti 4 saatdır və imtahan zamanı fasilə verilmir. Hər sual bir balla qiymətləndirilir, suallara verilən səhv cavablar düzgün cavablara təsir etmir.

İmtahan başa çatan kimi cavablar imtahan zalındaca optik oxuyucu qurğu vasitəsilə kompyuterin yaddaşına daxil ediləcək, onların əsasında ballar hesablanacaq və nəticələr elan olunacaq. Hər bir namizədin cavablarına dair arayışlar namizədlərə və Hakimlərin Seçki Komitəsinə təqdim olunacaq.

 İmtahan nəticəsində 60 və daha çox bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar .
Nəticələr TQDK-nın internet saytında da (tqdk.gov.az) yerləşdiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...