İtaliyada prokurorluq baş nazir Silvio Berluskonini ən azı 40 qadınla mənfəət qarşıqlığına intim münasibətdə olmaqda suçlayıb. Modern.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddiaya görə, 2008-ci ildən bəri baş nazirin 100 min telefon danışmasını dinləyən dövlət orqanına bu əməliyyat 400 milyon avroya başa gəlib. Berluskoniyə qadın tapmaqda kömək etməklə qarşılığında pul qazanan 8 nəfər suçlu sırasında iş adamı Gianpaolo Darandininin adı hallandırılıb.
Telefon danışıqlarının birində Berluskoni "Gianpaolo bu gecə kimi göndərirsən? Aman yüksək dikdaban ayaqqabı geyməsin. Zəif və incə olsun" deyib.
İş adamı Darandini TV ulduzu Manuela Arcurini axtararaq ona "bax Silvio səni bəyənər. Bir axşam onunla yat, sənə San Remo Mahnı Festivalı qalibiyyətini verəcək" təklifi edib. Lakin Arcuri "mən fahişəlik etmərəm" deyə baş nazirlə yatmaq təklifini rədd edib.
Modern.az