İstanbulda güləş üzrə dünya çempionatı davam edir. Sərbəst güləş üzrə 84 kq çəki dərəcəsində Azərbaycan idmançısı Şərif Şərifov ilk yarışda Koreya Respublikasının nümayəndəsi Çan-Uk Yuna 6:0, 2:0 hesabı ilə qalib gəlib. Ş. Şərifov növbəti mərhələdə Kael Sandersondan (ABŞ) üstün olub (3:1, 4:1).
Qazaxıstanlı Ernek Baydauşovla görüşdə 3:0, 3:0 hesablı qələbə isə həmyerlimizin dörddə bir finala çıxışını təmin edib. Yarımfinala çıxış və Olimpiya lisenziyası uğrunda iranlı Əlirza Qudarzi ilə görüş də Şərifovun qələbəsi ilə başa çatıb– 2:1, 3:1. O, yarımfinalda rusiyalı Albert Saritova qalib gəlib (3:1, 4,3).
Şərif Şərifov finalda ukraynalı İbrahim Aldatovu məğlub edərək (1:0, 2:0) dünya çempionu olub.
Beləliklə, bu çempionatda Azərbaycan güləşçiləri üçün 4-cü Olimpiya lisenziyasını Ş. Şərifov qazanıb.
Şərif Şərifovdan əvvəl bu yarışlarda Rövşən Bayramov, Saman Təhmasibi və Mariya Stadnik də London Olimpiadasına lisenziya qazanıblar.
Modern.az