24-25 Sentyabrda Bakıda növbəti nüfuzlu beynəlxalq təhsil sərgisi açılacaq. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Şimali Kipr, Türkiyə, ABŞ, Avstriya,Malayziya, Yunanıstan, İspaniya və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər.Ümumilikdə, sərgidə 12 ölkənin 50 ali təhsil ocağı təmsil olunacaq.
Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.
Sərgi Sentyabrın 24-25 i, 13:00-dan 18:00-a kimi Hyatt Regency otelində keçiriləcək. Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.
Modern.az