İstanbulda davam edən güləş üzrə dünya çempionatında Azərbaycan idmançıları sentyabrın 18-də üç bürünc medal və London olimpiadasına daha üç lisenziya qazanıblar.
Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (75 kq) və Camaləddin Məhəmmədov (120 kq) rəqiblərini məğlub edərək həm bürünc medal əldə ediblrə. Həm də 2012-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına liseyziyaya sahib olublar.
Beləliklə, Azərbaycan idmançılarının London-2012 olimpiadasına qazandıqları lisenziyaların sayı 16-ya çatıb. Bundan 7-ci güləşçilərimizin payına düşür.
Modern.az