Azərbaycan Ordusunun əsgəri intihar edib. Hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb. APA-nın məlumatına görə, Milli Ordunun əsgəri, 1993-cü il təvəllüdlü İxtiyar Mürsəliyev xidməti silahı ilə özünü vurub. Əsgər aldığı güllə yarasından ölüb.