Modern.az

Lənkəranda 6 kəndi sel basıb, əhaliyə güclü ziyan dəyib

Lənkəranda 6 kəndi sel basıb, əhaliyə güclü ziyan dəyib

Təhsil

19 Sentyabr 2011, 13:45

Lənkəranın Veravul çayından keçən güclü sel Günəhır, Osaküçə, Veravul, Vilvan, Daşdatük, Biləsər kəndlərini basıb. Rayon Fövqəladə Hallar Komissiyasının ilkin hesablamalarına görə, selin keçdiyi 6 kənddə 150-dən çox fərdi yaşayış evi və ictimai binalara ciddi ziyan dəyib. Daşdadük kəndində isə bir ev tamamilə dağıldığından sakinlər köçürülüb. Hazırda rayonun 3 kəndi ilə əlaqə alternativ yollarla da olsa bərpa olunub.  Biləsər kəndi ilə əlaqəni bərpa etmək üçün işlər davam etdirilir. 

Modern.az İTV-yə istinadən bildirir ki, təbii fəlakət nəticəsində rayonun Günəhır kəndində 2, Osaküçədə 5, Vilvan və Şovu kəndlərinin hər birində 2, Diryanda isə 1 körpünü sel yuyub aparıb. Sel 8 transformatoru, xeyli sayda elektrik dirəyini və naqilləri sıradan çıxartdığından kəndlərdə təxminən 3000-ə yaxın abonent işıqsız qalıb. Vilvana gedən qaz xətti sıradan çıxdığından həmin kəndə mavi yanacağın verilişi dayandırılıb. 

Rayon Fövqəladə Hallar Komissiyası təcili toplantı keçirib. Toplantıda təbii fəlakətin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının ağır texnikası və canlı qüvvəsi selin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır. 

Sel Lerik rayonunda da bir sıra problemlər yaradıb. Belə ki, rayonun Piran kəndində həyətlərə su dolub. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, sel nəticəsində fərdi yaşayış evlərinə və ictimai binalara ziyan dəyməyib. Torpaq sürüşməsi nəticəsində bağlanan Lənkəran-Lerik yolunu isə qismən açmaq mümkün olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...