Modern.az

Dünya Gənclər Bankı Şəbəkəsinin Bakıdakı regional ofisi Şimali Kipr Cümhuriyyətilə əlaqələr qurur

Dünya Gənclər Bankı Şəbəkəsinin Bakıdakı regional ofisi Şimali Kipr Cümhuriyyətilə əlaqələr qurur

Təhsil

19 Sentyabr 2011, 13:52

Sentyabrın 19-da BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOS) dəstəyi ilə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin Bakıdakı regional ofisinin rəhbərliyi ilə Şimali Kipr Cümhuriyyətinin Lefke Avropa Universitetinin rektorluğu arasındakı – gənclərin təhsil səviyyəsinin yüksəldilməsi və tələbə mübadiləsi ilə bağlı, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Türkiyə, İran və MDB ölkələri daxil olmaqla 14 ölkə üzrə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbəri,  Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynli, Şimali Kipr Cümhuriyyətinin Lefke Avropa Universitetinin başqanı Mehmet Zefer, Ekonomik Avrasiya İlişgiləri Dərnəyinin (EKO Avrasiya) başqanı Hikmet Eren və başqaları iştirak ediblər.

Şimali Kipr Cümhuriyyətinin Lefke Avropa Universitetinin başqanı Mehmet Zafer çıxış edərək, gənclərin təhsil səviyyəsinin yüksəldilməsi və tələbə mübadiləsi ilə bağlı, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması nəticəsində uğurlu işlərin alınacağını xüsusilə qeyd edib və Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbərliyinə yüksək səviyyədə qarşılanmaya və dəstəyə görə dərin təşəkkürünü bildirib.

Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbəri  Vüsalə Hüseynli universitet  rəhbərliyinin gənclərin təhsil səviyyəsinin yüksəldilməsi və tələbə mübadiləsi istiqamətində apardığı bu siyasəti yüksək qiymətləndirərək, hər iki tərəfə uğurlar arzulayıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...