Seymur Həsənli partiya sədrinin müavini və Gənclər Təşkilatının sədri təyin olundu
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Seymur Həsənlini partiyasnın sədr müavini və gənclər təşkilatı sədri vəzifələrinə təyin edib. Qeyd edək ki, Seymur Həsənli hələ 2004-cü ildə Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə Yeni Nəfəs Gənclər Təşkilatının qurucusu və üç il müddətində sədri olub. 2009-cu ildən etibarən iki il müddətində Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri vəzifəsini icra edib. Təşkilat daxilində olan ixtilaflar onun istefasına səbəb olub.
Modern.az