Modern.az

Cəbhədə atəşkəs pozulub, ATƏT nümayəndələri sabah Füzulidə monitorinq keçirəcəklər

Cəbhədə atəşkəs pozulub, ATƏT nümayəndələri sabah Füzulidə monitorinq keçirəcəklər

21 Sentyabr 2011, 10:34

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ermənilər cəbhədə atəşkəsi pozmaqda davam edirlər. Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 20-də saat 18.50-dən 18.55-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;
- saat 21.00-dan 21.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi;
- saat 18.25-dən 18.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

Nazirlikdən bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Marius Puodzinas keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...