Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Modern.az