Modern.az

İlham Əliyev daha bir təməlqoyma mərasiminə qatılıb

İlham Əliyev daha bir təməlqoyma mərasiminə qatılıb

21 Sentyabr 2011, 13:08

Modern.az AzərTAc-a istinadən bildirir ki, sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib.

Prezident İlham Əliyevə məlumat verilib ki, ikinci buxar-qaz enerji qurğusu Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək.
Dövlət başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxıb. Məlumat verilib ki, “Şimal” elektrik stansiyasının sahəsi 68 hektar, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır.

Qeyd edilib ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın “Toyo Engineering Corporation” və Azərbaycanın “Azenco” Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq.
 
Sonra Azərbaycan Prezidenti metal gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunu işə salıb. Prezident İlham Əliyev inşaatçılarla görüşüb, xatirə şəkli çəkdirib.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...