Modern.az

Milli Ordunun əsgəri həlak olub

Milli Ordunun əsgəri həlak olub

21 Sentyabr 2011, 16:53

Milli Ordunun Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində ölüm hadisəsi baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin ANS-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

2011-ci ilin aprel ayında Oğuz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rəsul İslam oğlu Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən həlak olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...