Modern.az

Bakıda hava yağmursuz, rayonlarda yağışlı keçəcək

Bakıda hava yağmursuz, rayonlarda yağışlı keçəcək

23 Sentyabr 2011, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında sentyabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Lakin bəzi qərb 
rayonlarında axşamdan başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Ümumiyyətlə, sentyabrın 24-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...