Modern.az

“Azerfon” Azərbaycanda ilk dəfə 3G mobil təhsil layihəsini təqdim edib

“Azerfon” Azərbaycanda ilk dəfə 3G mobil təhsil layihəsini təqdim edib

23 Sentyabr 2011, 13:14

22-23 sentyabr tarixlərində Bakıda keçirilən Tətbiqi Mexanika və Müasir İnformasiya Texnologiyaları üzrə beynəlxalq simpoziumda iştirak edən Azerfon mobil operatoru təhsildə 3G texnologiyası əsasında hazırlanan mobil təhsil layihəsini təqdim etdi. Beynəlxalq simpozium Azərbaycan Respublikası Rabitə  və İnformasiya Texnogiyaları Nazirliyi, Təhsil Nazirliyi, , Milli Aviasiya Akademiyası, Odlar Yurdu Universiteti, Süleyman Dəmirəl Universiteti və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun təşkilatçılığı və Azerfon mobil operatorunun dəstəyi ilə  keçirilir. Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov, Milli Aviasiya Akademiyasının Rektoru cənab Arif Paşayev və Odlar Yurdu Universitetinin rektoru  Əhməd Vəliyev müasir informasiya texnologiyalarının ölkəmizdə inkişafı, təhsil və elmdə tətbiqinin vacibliyini vurğulamışlar.  Simpoziumda Azerfon şirkəti ilə Odlar Yurdu Universiteti arasında Azərbaycanda il mobil təhsil layihəsinin təşkilinə dair memorandum da imzalanmışdır.

Memorandumun imzalanmasından sonra Azerfon mobil operatorunun Baş İcraçı Direktoru Yurgen Pitz mobil təhsil layihəsinin tətbiqini Azərbaycanda müasir təhsilin inkişafında yeni hadisə olduğunu qeyd etmişdir. “Azərbaycanın ilk 3G operatoru olan Azerfon şirkəti ən son mobil texnologiyaları artıq ölkənin sosial inkişafına, xüsusən də, təhsilin müasirləşməsinə yönəldir. Müasir təhsil və tədris sürətli məlumat mübadiləsiz mümkün deyil. Azerfon isə 2009-ildən Azərbaycanda 3G texnologiyası əsasında sürətli mobil internet xidmətləri uğurla tətbiq etməkdədir. Bu gün Azərfonun sürətli məlumat ötürülməsi xidmətlərindən 200,000-dən artıq insan müntəzəm olaraq istifadə edir. Bu gün imzaladığımız memomardun isə Odlar Yurdu Universitetində Azərbaycanda ilk dəfə olaraq mobil təhsil təcrübəsinin əsasını qoyur” – deyə cənab Pitz qeyd etmişdir.

2 gün davam edəcək beynəlxalq simpozium Avropa və ABŞ-ın mötəbər təhsil müəssisələrinin elm nümayəndələrinin geniş iştirakı ilə Odlar Yurdu Universiteti və Milli Aviasiya Akademiyasında keçiriləcək. Simpozium zamanı elmdə və cəmiyyətin digər sahələrində müasir informasiya texnologiyalarının tətəbiqi, bu sahədə yeniliklə və inkişaf perspektivləri haqqında maraqlı təqdimatlar dinlənilmişdir.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. Azərfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.


Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...