Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfər nedib.
Dövlət başçısı Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olubr.
Bildirilib ki, Xaçmazda 2005-ci ildə inşa edilmiş Heydər Əliyev Mərkəzində 2010-cu ildə əsaslı bərpa və yenidənqurma işləri aparılıb. Mərkəz bir zaldan, 6 guşədən və 3 əlavə otaqdan ibarətdir.
Prezident İlham Əliyev Xaçmazda görülüb işləri, rayonun görməli yerlərini əks etdirən şəkillərdən ibarət alboma baxıb.
Modern.az