Modern.az

Nazirlik korrupsioner əməkdaşlarının həbsinə münasibət bildirdi

Nazirlik korrupsioner əməkdaşlarının həbsinə münasibət bildirdi

23 Sentyabr 2011, 16:22

Baş Prokurorluğun Tovuzda vəzifəli şəxslərin korrupsiya ilə bağlı həbs olunmasına dair məlumatına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət gəlib.
 
Qeyd edək ki, vətəndaş Cəfər Yusifovun əlillik dərəcəsinin təyin olunması üçün ondan 1000 manat  rüşvət tələb edilməsi barədə sentyabrın 17-də  "Qaynar xətt" əlaqə mərkəzinə  etdiyi müraciəti üzrə də  təxirəsalınmaz  tədbirlər həyata keçirilib, cinayət törətmiş şəxslər ifşa olunaraq məsuliyyətə cəlb  olunub.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon 28 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri  Rəhim Məmmədov və həmin komissiyanın  ekspert-cərrahı Əli Həsənov cinayət əlaqəsinə girərək, tələb olunan zəruri sənədləri komissiyaya təqdim edən və dəfələrlə müraciət edən Cəfər Yusifova  2-ci qrup əlillik dərəcəsinin təyin olunmasının 1000 manat müqabilində mümkün olacağını bildirməklə  ondan rüşvət istəyiblər.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər iki şəxs cinayət başında yaxalanıblar.

Məsələyə nazirlik də münasibət bildirib.

“Nazirlikdə Tovuz Rayon Tibbi-Sosial Ekspert Komissiyasının baş həkimi Rəhim Məmmədov və onun müavini Əli Həsənov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat zamanı saxlanılması barədə məlumat var və bu barədə araşdırmalar aparılır”.
Bunu Modern.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Şöbənin əməkdaşı İlham Məmmdəov qeyd edib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...