Modern.az

2 aprel mitinqində saxlanılanların məhkəmə istintaqı yekunlaşdı

2 aprel mitinqində saxlanılanların məhkəmə istintaqı yekunlaşdı

23 Sentyabr 2011, 16:32

Bu gün İctimai Palatanın 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gəclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

İclasda müdafiə tərəfinin şahidləri dindirilib. Dindirmə başa çatandan sonra prokuror deyib ki, iş üzrə kifayət qədər məhkəmə istintaqı aparılıb. Vəkillər isə bildiriblər ki, təqsirləndirilən şəxslərin günahsızlığını sübuta yetirmək üçün yetərincə dəlil təqdim edilib. Hər iki tərəf məhkəmə istintaqının başa çatmasına razılaşdıqdan sonra hakim bu haqda qərarı elan edib.

Proses prokurorun yekun qərarla bağlı təklif verməsi ilə davam edəcək. Prokuror təklifini açıqlamaq üçün sentyabrın 26-dək vaxt istəyib. Hakim bununla razılaşıb və beləliklə, növbəti proses sentyabrın 26-na təyin olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...