Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 24-də 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu mərhələdə namizdələr baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə imtahan veriblər.
Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında keçirilən imtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 15 nəfəri iştirak etməyib.
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi sentyabrın 25-də keçiriləcək. Bu mərhələdə namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
***
Sentyabrın 25-də 2011-2012-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirilib.
Rezidenturaya qəbul imtahanının nəticələri sentyabrın 26-da elan olunacaq.
Modern.az