Dünən ABŞ-ın Kaliforniya ştatının 4 senatoru Azərbaycana rəsmi səfərər gəlib. Bu barədə Modern.az saytına Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov məlumat verib.
“Bundan öncə biz ABŞ-a səfərə getmişdik. Onların səfərində əsas məqsəd ümumi tanışılıq, əlaqələrin genişləndirilməsidir. Kaliforniya Amerikanın ən böyük ştatlarından biridir. Hesab edirəm ki, belə qarşlıqılı səfərlər çox gərəklidir və ümumi işimiz üçün vacibdir”.
Modern.az