Modern.az

Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı

26 Sentyabr 2011, 14:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 24-də vэ 25-də 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanda namizdələr baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə imtahan veriblər.  

Sentyabrın 24-də Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında keçirilən imtahanın birinci mərhələsində ərizə vermiş 1063 namizəddən 15 nəfəri iştirak etməyib.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi sentyabrın 25-də keçirilib. İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 17 nəfəri imtahana gəlməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, imtahanın nəticələri bu gün //www.tqdk.gov.az/neticerez/ saytında yerləşdirilib.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 860 namizəd müsabiqədə iştirak hüququ qazanıb.  

Aşağıdakı cədvəldə rezidenturaya qəbulun musabiqəsində iştirak edən namizədlərin sayı və istiqamətlər üzrə qəbul planı barədə məlumatlar təqdim olunur:  

 İstiqamət 

Qəbul planı 

Müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin sayı 

Mualicə işi, pediatriya 

303 

759 

o cumlədən, mulki

ixtisaslar uzrə 

287 

745 

o cumlədən, hərbi

həkim ixtisasları 

uzrə 

16 

14 

Stomatologiya 

71 

Tibbi-biologiya  

15 

Tibbi-profilaktika 

15 

Cəmi 

316 

860 

Namizədlərin marağını nəzərə alaraq Komissiyanın internet saytında qəbul imtahanının hər iki mərhələsi üzrə namizədlərin cavab kartlarının qrafik təsviri yerləşdirilib. İmtahanda iştirak etmiş hər bir namizədin öz cavab kartının görüntüsünə baxa bilər. 

Bundan başqa, ixtisas seçimində namizədlərə kömək məqsədilə bütün istiqamətlər üzrə müsabiqədə iştirak hüququ qazanmış şəxslərin imtahan ballarının paylanmasına dair cədvəllər də Komissiyanın internet saytında yerləşdirilib. Bu cədvəllərdə müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin imtahan ballarının paylanması, rezidentura hazırlığı aparılan müəssisələr üzrə qəbul planına dair məlumatlar təqdim olunub. Həmin məlumatlarla tanışlıq hər bir namizədə doğru ixtisas seçimi etməyə, təqdim olunmuş plan yerləri üzrə qəbul olma şanslarını düzgün müəyyənləşdirməyə yardım edəcək.  

Qeyd edək ki, müsabiqədə iştirak hüququ olan namizədlər sentyabrın 26-dan (saat 14:00-dan) 29-dək (saat 10:00-dək) elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) qəbul olmaq istədikləri ixtisasları seçməli və ixtisas seçimini təsdiq etməlidirlər.   

Qeyd edək ki, rezidenturaya qəbul bu il Azərbaycanda ilk dəfə keçirlir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...