Modern.az

Deputat Beyləqandakı müstəqillik tədbirində iştirak edib

Deputat Beyləqandakı müstəqillik tədbirində iştirak edib

26 Sentyabr 2011, 16:10

Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar ölkənin rayonlarında silsilə tədbirlər başlayıb. Bu cür tədbirlərdən biri də sentyabrın 23-də Beyləqanda keçirilib. Rayonun mərkəzində yenidən qurulmuş parkda təşkil edilən tədbir möhtəşəmliyi ilə keçirilib. Tədbirdə  rayonun bütün rəhbər vəzifəli şəxsləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. Bakıdan gəlmiş incəsənət ustalarının çıxışları tədbiri daha maraqlı edib.

Müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə 80 saylı İmişli-Beyləqan seçki dairəsini parlamentdə təmsil edən Çingiz Qənizadə də iştirak edib. Həmçinin əslən Beyləqandan olan və müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış insanlar, ziyalılar da qonaqlar arasında olub.

Qeyd edək ki, növbəti belə tədbir sabah İmişli rayonunda olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...