Sentyabrın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının açılış mərasimi olub. Sentyabrın 26-dan oktyabrın 8-dək davam edəcək dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparacaq. Dünya birinciliyində dörddəbir finala çıxan boksçular 2012-ci il London Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. Modern.az