Modern.az

Xarici ölkələrin Ali Məhkəmə sədrləri Bakıya gəlir

Xarici ölkələrin Ali Məhkəmə sədrləri Bakıya gəlir

26 Sentyabr 2011, 18:18

Sabah Bakıda inzibati hüquqa həsr olunacaq geniş beynəlxalq seminar işə başlayacaq. “Ədalət mühakiməsinin müasir aktual problemləri - İnzibati ədalət mühakiməsi: təcrübə və problemlər” adlı tədbirə bir çox ölkələrin məhkəmə sədrləri, nümayəndələri, hüquqşünas və vəkilləri qatılacaq.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilovdan aldığımız məlumata gürə, tədbir Konfederasiyanın Məhkəmə-Hüquq Şurası ilə birgə əməkdaşlığı şəraitində keçirilir. Bununla yanaşı, seminara Beynəlxalq Hüquqşünaslar İttifaqı, Almaniya Federal Ali Məhkəməsinin Hakimlər və Prokurorlar Assosiasiyası, Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (Almaniya), ABA ROLI və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti də dəstək verir.

Toplantının keçirilməsində əsas məqsəd İnzibati məhkəmələr sahəsində milli və beynəlxalq təcrübənin bölüşməsi, həmçinin  ədalət mühakiməsinin aktual problemlərini müzakirə etməkdir.

Seminarda eyni zamanda Hüququn aliliyi üzrə Bakı Forumunun 2012-ci ildə keçirilməsi məsələsi də müzakirə olunacaq

Seminarın açılışında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Almaniya Federal Ali Məhkəməsinin vitse-prezidenti Volfanq Şlik, hüquq elmləri doktoru, Beynəlxalq Hğüuqşünaslar İttifaqının sədri Andrey Adamoviç Trebkov, hüquq elmləri doktoru Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin Təşkilat - Nəzarət Baş İdarəsinin rəisi Azər Cəfərov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Xerbert Kvelle çıxış edəcəklər. 

İki gün davam edəcək seminarda Almaniya, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus Ali məhkəmələrinin sədrləri,  Moskva Arbitraj Məhkəməsinin hakimləri iştirak edəcəklər. Beynəlxalq seminarda xarici və yerli hakimlər də daxil olmaqla ümumilikdə 80 hüquqşünas iştirak edəcək. 

Fərəh Sabirqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...