Modern.az

AFFA-dan qadın azarkeşlərə sürpriz - "Sizə bilet pulsuzdu!"

AFFA-dan qadın azarkeşlərə sürpriz - "Sizə bilet pulsuzdu!"

27 Sentyabr 2011, 12:47


Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 21:00-da, «Dalğa Arena»da (Mərdakan qəsəbəsində) keçiriləcək Azərbaycan – Avstriya oyunu ilə bağlı AFFA yeni layihə tətbiq edəcək.

AFFA-dan bildiriblər ki, Azərbaycan – Avstriya oyununu izləmək istəyən qadınlar pulsuz bilet əldə edə biləcəklər. Bunun üçün «Dalğa Arena»nın qarşısında xüsusi kassa fəaliyyət göstərəcək. Həmin kassanın üzərində «Qadınlar üçün pulsuz bilet» sözləri yazılacaq. Oyunu izləmək istəyən qadınlar qarşılaşmanın başlanmasına 2 saat qalmış həmin kassaya yaxınlaşaraq pulsuz bilet ala bilərlər. Hər bir qadının özü ilə gətirəcəyi bir uşaq üçün də pulsuz bilet veriləcək.

Bu məqsədlə  «Dalğa Arena»nın 10 B sektoru ayrılıb.

Azərbaycan – Avstriya oyununun biletləri isə satışa çıxarılıb. Biletləri Park Bulvar Alış-Veriş Mərkəzinin I və IV mərtəbəsindəki satış nöqtələrində, Mərdəkan qəsəbəsində, «Abşeron» sanatoriyasının arxasındakı "Topaz" məntəqəsində, metronun «İçərişəhər» və «Elmlər Akademiyası» stansiyalarında, həmçinin AFFA-nın inzibati binasının qarşısındakı Fan-shop-da almaq mümkündür.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...