İtaliyanın Monza şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi keçirilir. Modern.az xəbər verir ki, Azərbaycan milli komandası pley-offda məğlub olaraq dörddə bir finala çıxa bilməyib.
Faiq Qarayevin komandası bu mərhələdə Hollandiya millisi ilə qarşılaşıb. Ötən gecə keçirilən oyunda qızlarımız hollandlara 1:3 hesabı ilə məğlub olaraq çempionatdan kənarda qalıblar.
Türkiyə voleybolçuları isə ötən gecə keçirilən qarşılaşmada İspaniyaya qalib gələrək dörddə bir finala çıxıblar – 3:0.
Modern.az