Modern.az

Metyu Brayza Qarabağ müharibəsindən, “Vikiliks”in yaydığı qalmaqallı məlumatlardan danışdı

Metyu Brayza Qarabağ müharibəsindən, “Vikiliks”in yaydığı qalmaqallı məlumatlardan danışdı

28 Sentyabr 2011, 13:29

Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) Bakıda keçirilən görüşündə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bir sıra məsələlər münasibət bildirib.

Onun sözlərinə görə, Transxəzər kəmərinin tikintisi ilə ABŞ strateji məqsədlərə çata bilər: “Məhz buna görə Birləşmiş Ştatlar bu layihədə maraqlıdır”.
M.Brayza qeyd edib ki, layihənin icrası yalnız Azərbaycanla Türkmənistandan asılıdır və başqa heç kəs bu məsələyə müdaxilə edə bilməz: “ABŞ Azərbaycanı bu layihədə dəstəkləyir, hər iki ölkənin bu məsələdə strateji marağı var. Kəmərin uğurlu olub-olmaması isə iqtisadi və siyasi məsələlərdən asılıdır”.

Səfir qeyd edib ki, kənardan heç kəs bu işə qarışa bilməz.

“Siz müstəqilsiniz. Əgər onlar özlərini böyük qardaş kimi aparmaq istəyirlərsə, bu düzgün deyil”.
Modern.az APA-ya istinadən bildirir ki, jurnalistlərə açıqlamasında «Vikiliaks» saytında dərc olunan informasiyalara münasibət bildirən Brayza “orada yazılanlar yalnız şəxsi dəyərləndirmələrdir, ABŞ Dövlət Departamentinin rəsmi hesabatı deyil».

«Biz heç vaxt «Vikiliks»də dərc olunan materialların Dövlət Departamentinin rəsmi hesabatı olduğunu qəbul etməmişik. İstənilən halda mən, yaxud başqa əməkdaşlarımız göndərdiyi teleqramlarda yalnız öz mövqeyimizi əks etdiririk, yaxud tövsiyə veririk. Bu yalnız diplomatın baş verənləri dəyərləndirməsidir. Diplomatlar da digər insanlar kimi həmkarları ilə yazışma hüququna malikdir», - deyə ABŞ səfiri bildirib.

ABŞ səfiri Dağlıq qarabağ münaqişəsi ilə bağlı məsələyə belə münasibət bildirib:
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə dair bəyanatlar indi əvvəlki kimi tez-tez səslənmir. Bu, çox pozitiv haldır”.

Səfir qeyd edib ki, bu münaqişənin hərbi yolla həlli mümkün deyil və tərəflərin münaqişənin nizamlanmasının baza prinsiplərinə dair danışıqları yekunlaşdırması vacibdir.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil. Dağlıq Qarabağ münaqişəsinin hərbi yollu ilə həllinə dair bəyanatlar indi əvvəlki kimi tez-tez səslənmir. Bu, pozitiv inkişaf, pozitiv haldır. Deyə bilərəm ki, Azərbaycan münaqişənin hərbi güc tətbiq etmədən, sülh yolu ilə həllinə çox bağlıdır. Baza prinsiplərini razılaşdırmaq prosesini yekunlaşdırmaq lazımdır. Bu, mümkün olmayan məsələ deyil. Tərəflər arasında fikir ayrılığına səbəb olan məsələlər həlli mümkün məsələlərdir. Bir daha təkrar edirəm ki, münaqişənin hərbi yolla həlli mümkün deyil”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...