Modern.az

Nazirlik saxta endirim kampaniyalarına inanmamağa çağırır

Nazirlik saxta endirim kampaniyalarına inanmamağa çağırır

28 Sentyabr 2011, 14:50

İqtisadi İnkişaf Nazirliyi ticarət şəbəkəsində insanların aldadılmasına xidmət edən saxta endirim kapmaniyası ilə bağlı aparılan araşdırmaları davam etdirir.
Modern.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 13  ünvanında Araz Əliyevə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Bayrama özəl 70% endirim" sözləri yazılsa da, mağazada satılan 9 çeşiddə geyimlərin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi, 8 çeşiddə geyimlərin qiymətlərinə isə mağaza işçiləri tərəfindən endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində  endirim barədə məlumatların qeyd edilmədiyi aşkar olunub.

Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidməti tərəfindən görülən tədbirlər nəticəsində, mağazanın pəncərələrində yerləşdirilən istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...