Modern.az

Kəmaləddin Heydərov Belçika səfirinə məlumatlar verib

Kəmaləddin Heydərov Belçika səfirinə məlumatlar verib

28 Sentyabr 2011, 18:38

Sentyabrın 28-də Azərbaycan Respublikası fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Luk Truyensi qəbul edib. Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda nazirlik tərəfindən həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr, görülən işlərin beynəlxalq normalara cavab verən səviyyədə olması üçün nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.

Modern.az FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, səfir də öz növbəsində hər iki dövlətin müvafiq qurumları arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...