Sentyabr ayının 25-28 tarixlərində ABŞ-ın tanımış Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində (Fletcher School of Law and Diplomacy) Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan univesitetlərin və ali məktəblərin ənənəvi illik Forumu kecirilib.
Beynəlxalq Forum dunyanin 100-dən artıq Diplomatiya Akademiyaları və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan univesitetlərin rektor və dekanlarını bir araya gətirib.
Forumda diplomatik treninqdə regional əməkdaşlıq, beynəlxalq biznes diplomatiyası, keçid dövrünün diplomatiyası, ətraf mühit problemlerinin həllində diplomatiyanın rolu, BMT-də çoxtərəfli diplomatiya və sair mövzular diqqət mərkəzində olub.
Toplantıda xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının Rektoru Hafiz Paşayev də iştirak edib. Görüşün sonuncu günü cənab Paşayev ADA-nın inkişaf yolunu və əldə edilən uğurları istirakçıların nəzərinə çatdıraraq, gələn il Akademiyanın tikilməkdə olan müasir təhsil kompleksinin hazır olacağını bildirib və 2012-ci ilin Forumunu Azərbaycanda keçirilməsini təklif edib. Paşayevin fikrincə, Azərbaycan hökuməti tərəfindən təhsilin inkişafına xüsusi diqqətin göstərilməsi ADA-nın nümunəsində beynəlxalq ictimaiətə daha qabarıq şəkildə çatdırıla bilər.
Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan univesitetlərin rektorları növbəti illik Forumun Bakı şəhərində keçirilməsinə yekdilliklə dəstək veriblər.
Xatırladaq ki, Diplomatik Treninq üzrə Beynəlxalq Forum 1972-ci ildən keçirilir. Azərbaycan Diplomatik Akademiyası yarandığı 2006-ci ildən bu foruma qatılır.
Məlumat Modern.az-a Azərbaycan Diplomatik Akademiyasından verilib.
Modern.az