Modern.az

“Yaşamağım üçün qan verərsən?”

“Yaşamağım üçün qan verərsən?”

Təhsil

29 Sentyabr 2011, 12:15

“Qan Donorları Assosiasiyası” İctimai Birliyi 18 Oktyabr Müstəqillik Gününə həsr olunmuş "Yaşamağım üçün qan verərsən?» şüarı altında irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil edəcək.

17 oktabr saat 12:00-dan 17:00-dək  Mərkəzi Qan Bankında davam edəcək aksiyada sağlamlığında məhdudiyyətləri olmayan (boyu 160 sm və çəkisi 55 kq dan yuxarı olan, virus xəstəlikləri hepatit A,B, C və HİV daşıyıcısı olmayan) hər bir kəs iştirak edə bilər. Qeyd edək ki, artıq  ölkədə fəaliyyət göstərən bir çox qeyri-hökümət təşkilatları aksiyaya qoşulacaqlarını bildiriblər. Onların arasında “Kanal 13”, “Dalğa”  və digər təşkilatlar da yer alıb.

Toplanan qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində təmənnasız istifadə olunacaq.

“Qan Donorları Assosiasiyası” İctimai Birliyi gənclərə müraciət edərək fəal olmağı  və əvəzsiz xeyriyyə aksiyasına qoşulmağa dəvət edir. 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...