Modern.az

Qarşıdakı günlərdə əlverişsiz hava şəraiti olacaq

Qarşıdakı günlərdə əlverişsiz hava şəraiti olacaq

29 Sentyabr 2011, 13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəscək.
Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji prognoza görə, sentyabrın 30-da Abşeron yarımadasında güclü gilavar küləyinin oktyabrın 01-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun xeyli enəcəyi, arabir yağış yağacağı, 02-də yenidən arabir güclənən gilavar küləyinə keçəcəyi gözlənilir. Belə təzadlı dəyişkən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...