Modern.az

Əli Hüseynli: "Onlar Azərbaycana təzyiq etməyə çalışırlar..."

Əli Hüseynli: "Onlar Azərbaycana təzyiq etməyə çalışırlar..."

29 Sentyabr 2011, 13:30

Azərbaycanda siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tam hüquqlu üzv kimi qəbul olunması üçün müvafıq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılıb. Bu sözləri hakim partiyanın saytına müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Deputat deyib ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının əsas ruhu insan hüquqlarının müdafıəsi təminatlarının yaradılması olub.
“Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatm qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir”.

Ə.Hüseynlinin sözlərinə görə, inkişaf edən Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu və əhəmiyyəti artmaqdadır.
Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur…
… Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir”.

Deputat deyib ki, bölgədə marağı olan bəzi xarici qüvvələr Azərbaycanın inkişafından qıcıqlanır.

“Onlar Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatların vasitəsi ilə atılır. Bu mənada ölkəmizdə mülkiyyət hüququ ilə bağlı son vaxtlar səslənən fikirlər, eləcə də, Azərbaycan tərəfinin guya Beynəlxalq Boks Federasiyasına rüşvət verməsi kimi iddialar bu siyasətin tərkib hissəsidir.
Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanın artan imicinə zərbə endirmək cəhdləridir və erməni lobbisi tərəfindən dəstəklənən xarici qüvvələrin işidir. Amma buna baxmayaraq Azərbaycanın müstəqilliyinə heç bir təhdid yoxdur, ölkəmiz, o cümlədən, iqtisadiyyatımız çox güclüdür. Bu qüvvələrin yalnız buna imkanı çatır ki, hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə ölkəmizin təmiz imicinə zərər gətirsinlər. Lakin bütün bunlar bizi tutduğumuz yoldan döndərə bilməz”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...