Modern.az

İlham Əliyevin Polşa səfərindən xəbər var

İlham Əliyevin Polşa səfərindən xəbər var

29 Sentyabr 2011, 16:58


Polşada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Moldovanın Baş naziri Vladimir Filat ilə görüşüb. (AzərTAc)
Görüşdə Varşavada keçirilən Avropa İttifaqının Şərq tərəfdaşlığı sammitinin əhəmiyyəti vurğulanıb. Bu tədbirin, eyni zamanda, ikitərəfli əlaqələrin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib. 
Siyasi münasibətlərin yaxşı səviyyədə olduğunun qeyd edildiyi görüşdə iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. 
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparııb. Bundan başqa, qarşılıqlı səfərlərin, iş adamları arasında görüşlərin təşkil edilməsinin önəmi qeyd edilib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...