Modern.az

Məzahir Pənahov təkrar bələdiyyə seçkilərinin vaxtını açıqlayıb

Məzahir Pənahov təkrar bələdiyyə seçkilərinin vaxtını açıqlayıb

29 Sentyabr 2011, 17:05

Noyabrın 30-da Azərbaycanda boş qalan bələdiyyə yerlərinə seçkilər keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 29-da keçirilən iclasında məlumat verib.

M.Pənahovun sözlərinə görə, 2009-cu il dekabrın 29-da keçirilən son seçkilərdə 1718 bələdiyyə üzrə seçkilər keçirilib: “1709 bələdiyyə formalaşdırılıb. 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız hesab edilib. Həmin vaxtdan indiyədək 1 bələdiyyədə üzvlərin sayı kvormdan aşağı düşüb”.

Ümumilikdə 330 bələdiyyə üzrə 460 bələdiyyə yerinə seçki keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...