Modern.az

Azərbaycan və Gürcüstanın Şərqi Avropa ölkəsi kimi tanınması Avropa İttifaqında ikitirəlik yaradıb

Azərbaycan və Gürcüstanın Şərqi Avropa ölkəsi kimi tanınması Avropa İttifaqında ikitirəlik yaradıb

30 Sentyabr 2011, 07:56


Polşada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşüb. Modern.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. 

***
Azərbaycan Prezidenti sentyabrın 29-da Varşavada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Ketrin Eşton ilə də görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və digər sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Varşavada “Şərq tərəfdaşlığı” sammitində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün işçi şam yeməyi verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

BBC-nin məlumatına görə, sammitdə qəbul olunacaq deklarasiyanın mətni artıq hazırdır. Deklarasiyanın mətnində Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynananın Şərqi Avropa ölkələri kimi tanınacağı qeyd olunur.

Məlumatlara görə, Avropa İttifaqının (Aİ) bəzi üzv ölkələri, o cümlədən İtaliya, adıçəkilən 6 ölkə ilə bağlı "Avropa" sözünün işlədilməsinin əleyhinə olub. Lakin Polşa, Böyük Britaniya və bir sıra digər ölkələr deklarasiyanın hazırkı mətnini dəstəkləyiblər.

Sənəddə eləcə də "Şərq tərəfdaşlığı” ölkələrinin Aİ ilə yaxınlaşlması üçün mühüm addımların atılacağından söhbət gedir. Bu məqsəd üçün Aİ tərəfindən "Şərq tərəfdaşlığı" proqramına ayrılan vəsaitlərin artırılacağı deyilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...