Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təyinatı ilə bağlı Koray Tarqayı təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla ATƏT-in əlaqələrindən danışıb.
Görüş zamanı regionda mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Modern.az