Modern.az

Azərbaycanda “Milla” adlı süd məhsulları istehsal olunacaq

Azərbaycanda “Milla” adlı süd məhsulları istehsal olunacaq

Təhsil

30 Sentyabr 2011, 15:26

Azərbaycanda “Milla” adı altında süd məhsullarının istehsalına start verilir. Şamaxı yolunda yerləşən Azərbaycan Qida və Qablaşdırma Şirkəti (“AZFP Co. LTD” MMC) tərəfindən “MİLLA”  adlı müxtəlif çeşiddə süd məhsulları istehsal olunacaq.  Bu barədə Modern.az-a adı çəkilən şirkətdən məlumat verilib.

“Azərbaycan Qida və Qablaşdırma Şirkətinin təsisçiləri yüksək keyfiyyətli və insanların güvənə biləcəyi yerli süd məhsulları brendinin yaradılması məqsədilə fəaliyyətə başladılar. Müstəsna ustalığa malik beynəlmiləl kollektiv, keyfiyyətli xammal, ən son emal və qablaşdırma texnologiyaları və dünya səviyyəli keyfiyyətə nəzarət sistemlərinin tətbiqi, Milla brendi vasitəsi ilə Azərbaycan istehlakçılarına premium, sağlam və qabaqcıl texnologiyalarla hazırlanmış süd məhsulları təklif etmək imkanı verir”-deyə şirkətin satış müdirinin köməkçisi Fərid Əzimov bildirib. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi