Modern.az

Müdafiə Nazirliyində «qaynar xətt» yaradılıb

Müdafiə Nazirliyində «qaynar xətt» yaradılıb

30 Sentyabr 2011, 16:49

Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə Müdafiə Nazirliyinin Təşkilat səfərbərltk idarəsində «qaynar xətt» yaradılıb. Çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları 1 oktyabr 2011-ci il səhər saat 09.00-dan etibarən «qaynar xəttin» bu telefon nömrələrinə 538-61-10,  539 90 28,  539 23 55  zəng edə bilərlər.
Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən «etimad xəttinin» telefon nömrələrinə 538-61-31,  538 61 74,  539 23 76  zəng etmələri xahiş olunur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi