Modern.az

Ermənilər atəşkəsi pozub, ATƏT isə cəbhədə monitorinqə hazırlaşır

Ermənilər atəşkəsi pozub, ATƏT isə cəbhədə monitorinqə hazırlaşır

3 Oktyabr 2011, 09:12

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ermənilər atəşkəsi pozmaqda davam edirlər.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 2-də saat 16.30-dan 16.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- oktyabrın 2-də saat 04.15-dən 04.20-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 04.15-dən 04.30-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

***

Müdafiə Nazirliyi bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçisi Xristo Xristov və yuksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vladimir Reznikov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Uilyam Praroy və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Maykl O'konnor keçirəcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...