Modern.az

ADU-nun 464 tələbəsi pedaqoji təcrübəyə göndərilib

ADU-nun 464 tələbəsi pedaqoji təcrübəyə göndərilib

3 Oktyabr 2011, 10:36

Oktyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) 1  və 2 saylı İngilis dili, Alman və Fransız dili fakültələrinin  IV kurs tələbələrin pedaqoji təcrübəsinin başlanmasına  həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev pedaqoji təcrübənin tələbələrin həyatlarında vacib rol oynadığını bildirib.

Daha sonra çıxış edən ADU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev  tələbələrin əvvəl olduqları məktəblərdə təcrübə keçəcəklərini diqqətə çatdırıv.  Onun sözlərinə görə, bəzi qruplarda müəllimlərin bölgüsü dərs yükünə uyğun olaraq aparılıb. Konfrans pedaqoji təcrübə rəhbərinin  təcrübəyə təhkim olunan müəllim və tələbələrin siyahısını təqdim etməsi ilə yekunlaşıb.

Qeyd edək ki, 2011-2012 tədris ilində ADU-nun 464 tələbəsi Bakının 26 məktəbində pedaqoji təcrübə keçəcək. Təcrübə oktyabrın 1-dən noyabrın 5-dək davam edəcək və təcrübənin yekunlarına dair konfrans da həmin tarixdə keçiriləcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...